Aralıq seçkilərin nəticələrinə görə, erməni məsələləri üzrə komissiyanın bütün üzvləri (93 nəfər) təzədən ABŞ Konqresinə seçiliblər.
Musavat.com-un məlumatına görə, bu barədə Amerika Erməni Assmbleyasının (AEA) mətbuat xidmətindən verilən açıqlamada bildirilir. Açıqlamada belə bir nəticə ermənipərəst konqresmenlərin bütün tarix boyu ən böyük uğuru kimi qiymətləndirilir.
“Biz dostlarımızın hamısını təzədən seçilmələri münasibətilə təbrik edirik. Yeni Konqresdə üzləşdiyimiz çağırışlar bizdən xüsusilə də “genosidin” 100 illiyi ərəfəsində, həmçinin də Ermənistanın və Dağlıq Qarabağın müdafiəsi, erməni-Amerika əlaqələrinin möhkəmləndirilməsi yönündə səyləri ikiqat artırmağı tələb edir”, - deyə qurumun icraçı direktoru Brayan Arduni qeyd edib.


Şərhlər