"Ermənistanla Rusiya arasında strateji problemlər var".
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyev ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistan elə bilirdi ki, Rusiya onun işğalçı siyasətini dəstəkləyəcək:
"Ermənistan rəhbərliyi elə fon yaradırdı ki, guya Rusiyadan asılı deyil. Belə demək mümkünsə, Ermənistan iki stulda oturmağa çalışırdı".


Şərhlər