Menu

Rus general əsgərlərini vəhşi kimi döyür – VİDEO

28.12.2022, 14:21
Rus general əsgərlərini vəhşi kimi döyür – VİDEO

Rus general cəbhə bölgəsində mövqeyini saxlaya bilməyən hərbçiləri dəyənəklə döyərək, cəzalandırıb.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Rusiyanın qanunsuz yolla Ukraynadan ilhaq etdiyi Luqansk bögəsində baş verib.

Paylaşılan görüntülərdə general-mayor rütbəli rus komandirin hərbçiləri dəyənəklə döydüyü, yerdə yatanları təpiklə vuraraq təhqir etdiyi əks olunub. "Nə üçün mövqeyinizi tərk etdiniz", deyə əsgərləri döyməyə başlayan generala hərbçilərdən biri belə cavab verir: "Tərk etmədik, yaralıları çıxardıq..."

“Yaralıları 10 nəfərlə daşımalı idin? Sənə görə 2 ölü, 6 yaralı verdim”,-deyə general daha da qəzəblənir və əsgərlərini döyməyə başlayır.

Həmin görüntüləri təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol