Menu

Minlərlə əfqan döyüşçü “Vaqner”ə qoşula bilər – İranda 30 minə yaxın insan toplaşıb...

28.12.2022, 17:07
Minlərlə əfqan döyüşçü “Vaqner”ə qoşula bilər – İranda 30 minə yaxın insan toplaşıb...

Statuslarını itirən və İranda çarəsiz durumda qalan minlərlə keçmiş əfqan hərbçisi Ukrayna və digər döyüş yerlərində muzdlu kimi döyüşmək haqda düşünürlər. Onların çoxu ABŞ-nin təlim verdiyi elit komandolardır və Vaşinqtonu ötən il “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra onları tək qoymaqda ittiham edir. Onlar Rusiyanın muzdlu dəstələrinə qoşulmaq qərarını yoxsulluq və təhlükəsizlik məsələləri ilə izah edirlər.

Artıq bəzi əfqan komandoların “Vaqner” qrupuna qoşulmaq yönündə addımlar atdığı bəlli olub. 2021-ci ilin avqustunda “Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra İrana köçməyə məcbur qalmış minlərlə keçmiş hərbçi son dərəcə yoxsul yaşadıqlarını, ucuz əl əməyi ilə məşğul olduqlarını və hətta dolana bilmək üçün zibillikdə eşələndiklərini deyirlər.

ABŞ və Qərb müttəfiqlərinin təlim verdiyi Əfqan Milli Ordusu və onun elit komando qüvvələri Əfqanıstanın keçmiş hökumətinin ölkəni müdafiə etmək və onu “Taliban” və “İslam Dölvləti” kimi ekstremist qruplardan qorumaq istiqamətində səylərinin əsas sütununu təşkil edirdi.

İndi İrandakı keçmiş əfqan hərbçiləri ABŞ və onun dəstəklədiyi əfqan hökumətinin xidmətlərinin əvəzində onlara xəyanət etdiyini deyirlər. Çoxu indi düşdükləri duruma görə onları təqsirli bilir.

"Ölkənin xəyanətkar prezident rejiminin süqutundan sonra onlar [ABŞ] bizi satdılar və ölkəni terrorçulara [Talibana] verdilər", – adının çəkilməsini istəməyən bir keçmiş hərbçi keçmiş əsgərlərin “WhatsApp” qrupuna göndərdiyi səsli mesajda deyir.

"Əfqanıstanda yaşamağa yerimiz qalmadı, çünki “Taliban” terrorçuları bizi təqib edirdi. Yoldaşlarımızın bir neçəsini tutub başlarını kəsdilər. Biz də Əfqanıstanı tərk etməyə məcbur olduq”, – həmin hərbçi dekabrın 3-də göndərilən audiomesajda söyləyir.

ABŞ və Qərb müttəfiqlərinin 2021-ci il avqustun 30-da Əfqanıstanı tərk edəndən sonra onminlərlə keçmiş əsgəri geridə buraxdığı bildirilir.

Risk altında olan 80 minədək əfqanın təyyarələrlə ölkədən çıxarıldığı deyilsə də, daha onminlərlə insanın ölkəni tərk etmək və ya “Taliban”a, yaxud onun düşmənlərindən birinə qoşulmaqdan başqa çarəsi qalmamışdı. Bəzi hesablamalara görə, 30 minədək keçmiş əfqan əsgəri İrana keçə bilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol