Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov istefa verdikdən sonra nəzarətində olan şirkətlərin də çöküşü başlayıb. “Qaynarinfo” xəbər verir ki, Vasif Talıbovun istefasından sonra onun nəzarətindəki “Cahan Holdinq” və holdinqə daxil olan şirkətlər ard-arda məhkəməyə verilir.
Məhkəmə çəkişmələrindən məlum olur ki, holdinq Vasif Talıbovun nüfuzundan yararlanaraq bir sıra şirkətlərlə bağladığı müqavilələrə əməl etməyib. İndi Vasif Talıbov əvvəlki gücdə və nüfuzda olmadığı üçün həmin şirkətlər hərəkətə keçiblər.
Vasif Talıbova məxsus olduğu bildirilən başqa bir şirkətdə də vəziyyət ürəkaçan deyil. Söhbət “Gəmiqaya Holdinq”dən gedir. Holdinq 2008-ci ildə təsis edilib və tərkibində 14 şirkət fəaliyyət göstərir. “Gəmiqaya Holdinq” Vasif Talıbovun biznes imperiyasına daxil olan ən iri strukturlardan biridir.
Hazırda şirkətin işləri yaxşı getmir. Bu səbəbdən holdinqin vergi borcu yaranıb. “Gəmiqaya Holdinq”in dövlətə 14 272.50 AZN vergi borcu var.
Ehtimal olunur ki, şirkət yaxın günlərdə borca görə məhkəməyə veriləcək

Şərhlər
Bu istefadan sonra məlum olan vergi borcudur. Azpolitika və ya C. Məmmədov izləsin və şahidi olsunlar ki, neçə illərdir ki, bu vergi borcları ya silinib, yaxud heç vaxt “borc yaranmayıb”. Bu hamısı vəzifə səlahiyyətləri daxilində həllini tapıb. Odur ki, Talıbovların hər şirkətlərinin bütün fəaliyyət dövrü yoxlanılsın və ortaya nə qədər borc çıxarılmasının şahidi olacağıq.