Menu

"Məmurların vəzifələrdən sui-istifadə etməsi halları var" - Prezidentin Naxçıvandakı nümayəndəsi

28.12.2022, 20:39
"Məmurların vəzifələrdən sui-istifadə etməsi halları var" - Prezidentin Naxçıvandakı nümayəndəsi

"Yerlərdə məmurların vəzifələrdən sui-istifadə etməsi halları var".

"Report" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Kəngərli rayonunda sakinlərlə görüşdə bildirib.

O, Prezident İlham Əliyevin salamlarını rayon ictimaiyyətinə çatdırıb.

Dövlət başçısının rəhbərliyi ilə Kəngərli rayonunun inkişafı sahəsində görülən işlərdən danışan Fuad Nəcəfli bununla yanaşı, yerlərdə məmurlar tərəfindən vəzifələrdən sui-istifadə hallarının olduğunu, vətəndaşların hüquqlarının pozulduğunu, sahibkarlıq fəaliyyəti üçün manelərin yaradıldığını qeyd edib.

Sonra sakinlərin müraciətləri dinlənilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol