“ABŞ şəxsən Putini məhv edə biləcək vasitələrə malikdir”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukraynanın BMT-dəki və ABŞ-dakı sabiq səfiri Vladimir Yelçenko mətbuata açıqlamasında bildirib.
Diplomaqt qeyd edib ki, Rusiya taktiki nüvə silahından istifadə etmək qərarına gəlsə, ABŞ mütləq həmin vasitələrdən istifadə edəcək və bu barədə artıq Putinə xəbərdarlıq edilib: “Ola bilsin ki, onlara bir kağız parçasının üzərində nüvə silahından istifadə olunacağı təqdirdə, Rusiyada nələrin baş verəcəyinin şəklini çəkib göstəriblər.
Birincisi, Putinin fiziki məhvi baş verəcək. Bunun üçün ABŞ-ın lazımi imkan və vasitələri var.
İkincisi, dərhal - 20-30 dəqiqə ərzində ABŞ-ın Qara dəniz donanması və Ukrayna sərhədində yerləşən bütün silahlı birləşmələri məhv ediləcək. Növbəti mərhələ isə Moskva və Kreml də daxil olmaqla, Rusiyadakı bütün hərbi bazaların və strateji obyektlərin vurulmasıdır”.

Yelçenko deyib ki, bütün bunları Putinə sadə dildə başa salıblar və məhz buna görə Rusiya tərəfindən nüvə silahı hədə-qorxuları minimuma endirilib: “Bizim üzərimizə atılan “Kinjal” raketlərindən fərqli olaraq, ABŞ-ın “Tomoqavk” raketləri və digər dəqiq silahları cəmi 15-20 santimetr xəta ilə hədəfləri vurur. Bütün bunlar Rusiya tərəfinin nəzərinə çatdırılıb. Bundan sonra Rusiya rəhbərliyinin nüvə silahı ilə bağlı söhbətləri kəsilib”.
Yelçenkodan fəqli olaraq, Rusiya rəhbərliyinin nüvə silahına əl atmaqdan vaz keçmədiyini düşünənlər də az deyil. Məsələn, bu günlərdə İtaliyanın Müdafiə naziri Qvido Krozetto deyib ki, əgər Rusiya “üfüqdə” öz məğlubiyyətini görsə və geri dönüşün olmadığı nöqtəyə çatsa, özündə nüvə silahından istifadə cəsarəti tapa bilər. Tanınmış rusiyalı siyasi təhlilçi, professor Valeri Solovey isə hesab edir ki, Putin mənəvi-psixoloji baxımdan Ukraynaya qarşı nüvə silahının tətbiqinə hazırdır. Lakin o, bununla bağlı əmrinin yerinə yetiriləcəyinə tam əmin deyil.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
ŞEYTANIN BÖYÜYÜ VƏ QƏDDARI RUSIYA DEYILMI?
MƏHV OLMAĞA LAYIQ ÖLKƏ VARSA ODA RUSYADI
İkincisi, dərhal - 20-30 dəqiqə ərzində ABŞ-ın Qara dəniz donanması və Ukrayna sərhədində yerləşən bütün silahlı birləşmələri məhv ediləcək.?? Bəlkə Ruisyanın demək istəyirsiniz?..
Necədə absurd fikirdi amerika suriyada rusiyanın qoruduğu bəşər əsədə heçnə edə bilmıdi putinəmi edəcək sən rusiyanı hansısa ölkə ilə səf salmısan amerika adlı şeytana xidmət edən dövlət rusiyanın qarşısında tir tirəsir rusiya yedilni dövlətdirki amerikanı okeana qərq eliyər.davam et putin ukraynalı və ordaki abş şeytanlarını məhv elə