Menu

Laçın-Xankəndi yolunda aksiya keçirilən yerdən RSK-nın daha 5 təminat maşını keçib - VİDEO

29.12.2022, 12:57
Laçın-Xankəndi yolunda aksiya keçirilən yerdən RSK-nın daha 5 təminat maşını keçib - VİDEO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl Xankəndidən Laçına 4, Laçından Xankəndiyə isə 1 təminat avtomobili keçid edib.

Avtomobillərin aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək RSK-nə məxsus avtomobillərin keçidi üçün dəhliz açıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol