“Rusiyanın hərbi cinayətləri cəzasız qalmayacaq”.
“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel tviterdə yazıb.
O bildirib ki, Rusiyanın Ukraynaya növbəti mənasız və kütləvi raket hücumu infrastrukturu və tibb müəssisələrini heç bir fərq qoymadan məhv edir, mülki insanları qəsdən hədəfə alır və öldürür: “Ukraynaya dəstəyimiz dayanmadan davam edəcək”.
Qeyd edək ki, Rusiya bu gün Ukrayna ərazilərinə kütləvi raket hücumu həyata keçirib. Nəticədə Kiyev şəhərində azı 3 mülki şəxs yaralanıb.


Şərhlər
Avropanın başbilenlerine ele gelir ki beyanat vermekle onlar Putini datandıra bilerler.Sy qsrdsş ,ay yoldaş sözle qovmaqla donyz darıdan çıxmaz.Söz normal ,ağlı başında olanlara tesir eder daha Putin kimi.... yox.Bunu başa salmaq üçün yegane yolu onunla öz dilinde zor dilinde danışmaq lazımdır.
Avropa İttifaqı Xarici Təhlükəsizlik Alisi Sain Cozef Borrel, aylardır Ukrayna vətəndaşları-günahsız insanlar, dünyanın barlı təbiəti məhv edilir? BMT, Aİ Nizamları-qaydarı və bütün qüvvələr bu və belə cinayətlərin qarşısını operativ dipolomatiya və ya kəskinliklə almalıdırlar!? *Erməni millətçi*ləri Milyona yaxın azərbaycanlı ailəsinin doğma evi-mülklərini hərbi dəstəkli terrorla altmış mindən çox insanı məhv, şikəst ediblər. Gecikən hər hansı tədbir zərərçəkən ailələrə və ətaf mühitə 33 illik işğalda vəhşicəsinə yetirilmiş itgilər, zərər və ziyanın heç yüz ilə də bərpası mümkün deyil?