Menu

Netanyahu növbəti dəfə İsrailin Baş naziri olub

29.12.2022, 20:37
Netanyahu növbəti dəfə İsrailin Baş naziri olub

İsrail parlamenti (Knesset) 1 noyabr seçkilərinin nəticələrinə əsasən, “Likud” partiyasının lideri Benyamin Netanyahunun yaratdığı hökumətə etimadın lehinə çıxış edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat xidmətindən bildirilib.

Elektron səsvermə zamanı 120 deputatdan 63-ü yeni Nazirlər Kabinetinə etimad göstərilməsinin lehinə, 54-ü əleyhinə səs verib.

Netanyahu artıq İsrailin yeni Baş naziri kimi and içib və nazirlərin andiçmə mərasimi baş tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol