Menu

Rusiyadan Fransaya ultimatum

14.11.2014, 18:06
Rusiyadan Fransaya ultimatum

Moskva Rusiyanın Fransaya sifariş etdiyi 2 ədəd "Mistral" tipli hərbi gəmini çatdırmağı tələb edir.

Rusiyanın Ukraynaya təcavüzünün ardınca Fransa "Mistral" gəmilərini Rusiyaya çatdırmağı təxirə salmışdı. Bu gün yayılan məlumata görə, Rusiyanın çox yüksək instansiyalarından Fransaya sifarişi noyabrın sonunadək çatdırmaq tələbi gəlib. Gəmilər çatdırılmadığı halda Moskva Parisi kompensasiya tələb etməklə hədələyib.

Fransada hakimiyyətdə olan Sosialist Partiyasının birinci katibi Jan-Kristof Kambadelis Fransa ilə hədə-qorxu tonunda danışmağın yersiz olduğunu deyib. "Fransa müstəqil dövlətdir və "Mistral" gəmiləri ilə nə edəcəyini özü bilər", deyə o, bildirib.

Qeyd edək ki, bu məsələ Vladimir Putin və Fransua Ollandın bu həftə sonu Avstraliyada nəzərdə tutulmuş görüşündə müzakirə olunacaq. Bu həftə sonu Avstraliyanın Brisban şəhərində Böyük İyirmiliyin görüşü keçiriləcək. /eunews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol