Menu

Gəncənin yeni hərbi prokuroru KİMDİR? - DOSYE, FOTOLAR

30.12.2022, 15:57
Gəncənin yeni hərbi prokuroru KİMDİR? - DOSYE, FOTOLAR

Xəbər verdiyimiz kimi, Şöhrət Qəhrəmanov Gəncənin yeni hərbi prokuroru təyin edilib. Bununla bağlı Azərbaycanın Baş prokuroru Kamran Əliyev müvafiq əmr imzalayıb.

11 avqust 1983-cü ildə anadan olan Şöhrət Qəhrəmanov Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

O, Sumqayıt hərbi prokurorluğunun müstəntiqi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, böyük müstəntiqi, Bakı hərbi prokurorunun müavini vəzifəsində qulluq keçib, ədliyyə polkovnik-leytenantıdır.

Şöhrət Qəhrəmanov bir müddət Bakı Hərbi prokurorunun müavini, hazırkı təyinatdan əvvəl isə Şəmkir hərbi prokuroru vəzifəsində çalışıb.

WhatsApp Image 2022-12-30 at 14.43.25.jpeg (648 KB)

047f69084c-1074347218975025907287566459247994189588352n.jpg (85 KB)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol