Menu

Mask daha bir ilkə imza atdı

31.12.2022, 12:05
Mask daha bir ilkə imza atdı

“SpaceX”, “Tesla” və “Twitter”in sahibi İlon Mask dünyada 200 milyard dollar itirən ilk şəxs olub. Məlumata görə, 51 yaşlı milyarderin sərvəti 137 milyard dollara qədər azalıb. Onun varidatının kəskin azalması “Tesla” səhmlərinin bu ilin son həftələrində, o cümlədən dekabrın 27-də 11% ucuzlaşması ilə bağlıdır.

Ekspertlərin fikrincə, qlobal elektrik avtomobil bazarının qabaqcıllarından birinə çevrilən Mask mövqeyini rəqiblərinə görə itirir - hazırda “Tesla” ayaqda qalmaq üçün müştərilərə böyük endirimlər təklif edir.

Qeyd edək ki, milyarderin sərvətinin pik həddi (340 milyard dollar) 2021-ci il noyabrın 4-də qeydə alınıb.

Şərhlər

ƏNHU 2022-12-31 20:15:04

BAŞIN BATSIN. ÖMRÜNÜ KAĞIZ-KUĞUZ, DƏMİR-DÜMÜR, SAXSI-SUXSU YIĞMAĞA SƏRF EDƏN BAŞIN.

Eli 2022-12-31 15:12:51

Allah bizim ağıllı Ulu babalarımıza rehmet eylesin ki onların bir sözü de öz tesdiqini tıpıb ve tapacaq ki bu atalar sözleri bir aksioma bir Mayakdır .Pul el çirkidir - mükemmel deyilmiş atalar sözü.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol