Menu

Azərbaycan Rumıniyaya qaz nəqlinə başlayıb

01.01.2023, 19:18
Azərbaycan Rumıniyaya qaz nəqlinə başlayıb

Ötən il dekabrın 16-da SOCAR və Rumıniyanın “Romgaz S.A.” arasında imzalanmış müqaviləyə əsasən, yanvarın 1-dən Rumıniya Azərbaycan qazını almağa başlayıb.

"Report" xəbər verir ki, razılaşma təbii qazın Cənub Qaz Dəhlizinin Avropa qolu olan Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə planlı nəqlini nəzərdə tutur.

Azərbaycan qazının Rumıniyaya tədarükü üzrə müqavilə aprelin 1-dək 300 milyon kubmetr mavi yanacağın vurulmasını nəzərdə tutur.

Şərhlər

Watchman 2023-01-02 08:58:15

Bizə də limitlə verin qazı. Əsas rumınlar soyuqdan donmasın! Onlara canımız fəda!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol