Menu

“Marta qədər Rusiyada sursatla bağlı kritik situasiya yaranacaq” - Budanov

02.01.2023, 16:58
“Marta qədər Rusiyada sursatla bağlı kritik situasiya yaranacaq” - Budanov

2023-cü ilin martına qədər Rusiya ordusunda döyüş sursatı, xüsusilə də artilleriya sursatı ilə bağlı açıq problemlər yaranacaq.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş kəşfiyat idarəsinin rəisi Kirill Budanov informasiya marafonu zamanı müsahibəsində xəbər verib («UNİAN»).

Onun sözlərinə görə, rusiyalıların döyüş sursatı ehtiyatı 30 faiz azalacaq.

«Onlar artıq çoxdan «va-bank» vəziyyətinə çatıblar. Bu məsələ hazırda elə də geniş tirajlanmır, amma onlarda artıq adi silah növləri üzrə əhəmiyyətli problemlər yaranıb - burada artilleriya döyüş sursatı nəzərdə tutulur. Gəlin belə danışaq: marta qədər döyüş sursatı ilə bağlı çox aşkar problemlər olacaq» - BKİ rəhbəri deyib.

Budanovun sözlərinə görə, döyüş sursatının çatışmazlığı üzündən baharda rusiyalı işğalçılar tərəfindən tətbiq olunan döyüş sursatının günlük miqdarı 10-15 minə qədər enəcək.

Budanov qeyd edib ki, Rusiya müharibənin uzun zaman aparacağını düşünməklə səhv edib. Ona görə də döyüş sursatının miqdarını azaltmağa məbur olub - hansı ki, əvvəllər sutka ərzində istifadə edib. Bu göstərici 60 mindən 19-20 minə düşüb, BKİ rəhbəri qeyd edib.

«Tamam, onlar hazırda yalnız bir şeyə ümid edə bilərlər - özlərinin qalıqlarına və özlərinin istehsal güclərinə. Belə həcmi (sutkada 20 min sursat) ümumilikdə heç bütün dünya təmin edə bilməz. Bu, normal miqdar deyil» - Budanov əlavə edib.

O, izah edib ki, sutka ərzində Ukrayna silahlı qüvvələri Avropa ölkələrinin ay ərzində generasiya etdiyi qədər döyüş sursatı tətbiq edir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol