Menu

Bakıda partlayışla nəticələnən dəhşətli qəzanın görüntüləri - ANBAAN VİDEO/FOTO

03.01.2023, 14:56
Bakıda partlayışla nəticələnən dəhşətli qəzanın görüntüləri - ANBAAN VİDEO/FOTO

Qaradağda baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Görüntülərdə 99-ZD-593 dövlət nömrə nişanlı “Mercedes” markalı yanacaqdaşıyan avtomobilin yolun kənarı ilə hərəkətdə olan 42-CB-514 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşınına çırpılması əks olunub.

Zərbənin təsirindən yanacaqdaşıyan yük maşını yol kənarındakı dəmir arakəsmələrə çırpılıb. Bundan başqa, eyni istiqamətdə hərəkətdə olan 99-BH-926 dövlət nömrə nişanlı “Opel” markalı nəqliyyat vasitəsinin sürücüsü də qəzadan yayına bilməyib.

Qəzadan sonra ərazidə güclü yanğın başlayıb. 

"Yanğın 80 dəqiqəyə söndürülüb" - deyə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Əkbər Novruzov deyib

Onun sözlərinə görə, əraziyə 12 texnika və 65 şəxsi heyət cəlb olunub: “Məlumat daxil olan kimi yanğın bölmələri hadisə yerinə cəlb olunub. Yanğının baş verməsinə səbəb 99-ZD-593 dövlət nömrə nişanlı “Mercedes” markalı yanacaqdaşıyan avtomobilin hərəkətdə olan 42-CB-514 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını ilə toqquşmasıdır. Bu toqquşmadan sonra 99-BH-926 dövlət nömrə nişanlı “Opel” markalı nəqliyyat vasitəsi “Mercedes”ə çırpılıb”.

Ə.Novruzov qeyd edib ki, hadisədən sonra “Mercedes” markalı avtomobilin sürücüsü partlayış nəticəsində dünyasını dəyişib: “Opel” tamamilə kül olub. Avtomobildə olan 2 nəfər şəhər xəstəxanasına aparılıb. “KamAZ”ın arxa təkərləri yanıb. Sürücüsü ilə bağlı məlumat yoxdur”.

Xatırladaq ki, səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində baş vermiş dəhşətli qəzadan sonra baş verən partlayış nəticəsində 99-ZD-593 dövlət nömrə nişanlı “Mercedes” markalı yanacaq daşıyan avtomobil bir neçə hissəyə parçalanıb.

Partlayışın gücündən nəqliyyat vasitəsinin çəni kuzovundan ayrılıb.

42-CB-514 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını isə daşla yüklü olduğundan qəzadan qismən az zərərlə çıxıb. Zərbənin gücündən onun daşıdığı mişar daşları yola dağılıb.

Qəza zamanı 99-BH-926 dövlət nömrə nişanlı “Opel” markalı nəqliyyat vasitəsi tamamilə kül olub.

Həmin görüntüləri təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol