Menu

“Səfirimizin Sincana getməsinə icazə vermirlər” – Çavuşoğlu

03.01.2023, 14:51
“Səfirimizin Sincana getməsinə icazə vermirlər” – Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Çinin Türkiyənin uyğurlara verdiyi dəstəkdən narazılığının iki ölkə arasındakı münasibətlərə təsir etdiyini bildirib və əlavə edib ki, Türkiyə səfirinin çoxlu cəhdlərə baxmayaraq, Uyğur bölgəsinə səfərinə icazə verilməyib.

“Gökbayrak.com” xəbər verir ki, ötən həftə keçirdiyi mətbuat konfransında M. Çavuşoğlu deyib: “Onlar deyib ki, Türkiyədən humanitar heyət gəlib bölgəni araşdıra bilər. Çin rəhbəri bunu 5 il əvvəl təklif edib. Niyə 5 ildir ki, bu nümayəndə heyətinin səfərinə mane olursunuz, niyə əməkdaşlıq etmirsiniz? Pekin bizim uyğur türklərinə münasibətimizdən narahat olduğu üçün Türkiyə-Çin əlaqələri pisləşib. Hər zaman Türkiyədə yaşayan vətəndaşlarımız üçün ekstradisiya tələbləri var. Ona görə də bu cür müraciətləri qəbul etmirik”.

Çavuşoğlu Türkiyə uyğurlarının Çinə ekstradisiya edilməsi ilə bağlı iddiaları təkzib edərək, bu iddiaları “tam yalan” adlandırıb.

O, BMT İnsan Haqları Şurasının sentyabr ayında Çindəki Uyğur türkləri ilə bağlı hesabatına toxunaraq, “Uyğur türklərinin hüquqlarını beynəlxalq səviyyədə müdafiə edirik və bu, Çini narahat edir. Amma bu, humanitar məsələdir. Hesabat bütün insan haqları pozuntularını üzə çıxarır. Biz buna reaksiya verməliyik”.

Türkiyənin Çinlə şəffaf şəkildə əməkdaşlıq etmək istədiyini vurğulayan Çavuşoğlu, “bizim səfirimiz hələ ora getməyib, Sincanda olmayıb, icazə vermirlər. Çin hakimiyyəti Pekindəki səfirin uyğur türklərinin yaşadığı əraziyə sərbəst səfər etməsinə icazə vermir, əksinə ondan təqdim etdikləri proqrama əməl etməyi xahiş edir”.

SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol