Menu

Tanınmış islamşünas alim vəfat edib

04.01.2023, 00:30
Tanınmış islamşünas alim vəfat edib

Rusiyalı şərqşünas, islamşünas və politoloq Aleksey Malaşenko 72 yaşında vəfat edib. Bu barədə onun həmkarı, politoloq Arkadi Dubnov “Telegram” kanalında məlumat verib.

Politoloq həmkarının ölümünü qəfil adlandırıb.

O, həmçinin Malaşenkonun “parlaq və görkəmli İslam alimi, layiqli insan, sadəcə dost” olduğuna diqqət çəkib.

Malaşenko 1951-ci il fevralın 2-də Moskvada anadan olub, 1995-ci ildə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda tarix elmləri doktoru elmi dərəcəsi alıb.

Bu illər ərzində şərqşünas MDBMİ-də və Ali İqtisadiyyat Məktəbində dərs deyib. Bundan əlavə, 1999-2001-ci illərdə Malaşenko Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb.

Mütəxəssis karyerası ərzində rus, ingilis, fransız və ərəb 18 kitabın müəllifi və redaktoru olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol