Menu

Ermənistanda 2 nəfər donuz qripindən ölüb

04.01.2023, 15:06
Ermənistanda 2 nəfər donuz qripindən ölüb

Ermənistanda 2 nəfər donuz qripindən ölüb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, pnevmaniya diaqnozu ilə 209 nəfər xəstəxanaya yerləşdirilib: “Onların 127-si, yəni 60 faizi uşaqdır. 55 nəfər reanimasiyadadır. Reanimasiyada olanların isə 47-si uşaqdır”.

Məlumata görə, həmçinin respirator virusa yoluxmuş 584 nəfər müxtəlif xəstəxanalarda müalicə olunur.

Şərhlər

Senan 2023-01-04 17:19:10

fars mollalarina nəcə də oxşarlığı varmış

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol