Menu

ABŞ Konqresində yeni təyinatlar

14.11.2014, 20:23
ABŞ Konqresində yeni təyinatlar

Respublikaçı və Demokrat partiyaları liderlərinin adları açıqlanıb

ABŞ Konqresində Respublikaçı və Demokrat partiyaları liderlərinin adları açıqlanıb. Belə ki, senator Mitç Makkonnel Respublikaçılar Partiyasının nümayəndə heyətinə yenidən rəhbər təyin olunub. Senator Harri Rid isə demokratlara rəhbərlik edəcək.

ANS PRESS-in məlumatına görə, M.Makkonnel 30 il Kentuki ştatını təmsil edib. O, lider kimi prezident Barak Obama hakimiyyətinin son iki ilində Senatın gündəliyini müəyyənləşdirəcək.

Senator H.Rid 1987-ci ildən Nevada ştatını təmsil edir və 2004-cü ildə demokratların lideri təyin olunmuşdu.

Bundan əlavə, Nümayəndələr Palatasının sədri Con Beyner vəzifəsində qalacaq. Kaliforniya ştatını təmsil edən Nensi Pelosi isə Nümayəndələr Palatasında yeni lider təyin edilməlidir.

Xatırladaq ki, ABŞ Konqresinə keçirilən seçkilər zamanı respublikaçılar Konqresin hər iki palatasında nəzarəti ələ keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol