Menu

Minskdə Nobel Sülh Mükafatı laureatının məhkəməsi başlayıb

05.01.2023, 13:05
Minskdə Nobel Sülh Mükafatı laureatının məhkəməsi başlayıb

Minskdə “Vesna” hüquq-müdafiə mərkəzinin rəhbəri, Nobel Sülh Mükafatı laureatı Ales Belyatskinin məhkəməsi başlayıb.

“Report” Belarus KİV-inə istinadən xəbər verir ki, o, qaçaqmalçılıq və ictimai asayişin pozulmasında ittiham olunur.

A.Belyatski ilə yanaşı, hüquq-müdafiə mərkəzinin daha bir neçə işçisi də məhkəməyə verilib.

Qeyd edək ki, A.Belyatski 2022-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol