Menu

DSX Xəzərdə çəlləklərə bərkidilmış kisədə narkotik aşkarlayıb

05.01.2023, 15:19
DSX Xəzərdə çəlləklərə bərkidilmış kisədə narkotik aşkarlayıb

Yanvarın 4-də saat 20:40-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələrinin xidməti-döyüş fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində dəniz sərhədlərinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı plastik çəlləklərə bərkidilmış bir ədəd şübhəli kisə aşkarlanıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Aşkar edilən kisəyə baxış zamanı 2 kiloqram 70 qram narkotik vasitə (1 kiloqam 990 qram “marixuana” və 80 qram “həşiş”) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol