Menu

Daşkəsəndə magistral data kanalında qəza olub - İnternetin verilişi dayandırılıb

05.01.2023, 16:42
Daşkəsəndə magistral data kanalında qəza olub - İnternetin verilişi dayandırılıb

Daşkəsən rayonunda internetin verilməsində problemlər yaranıb.

"Report"un Qərb bürosunun məlumatına görə, buna Gəncə-Daşkəsən magistral data kanalında baş vermiş qəza səbəb olub.

Belə ki, xəttin qırılması səbəbindən hazırda daxili telefonların və emaillərin istifadəsində fasilələr yaranıb.

Qeyd edək ki, bir neçə saatdır yaranmış problemin bərpası üçün müvafiq işlər davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol