Menu

“Total” prezidentinin təyyarə qəzasının görüntüləri yayılıb - VİDEO

14.11.2014, 22:09
“Total” prezidentinin təyyarə qəzasının görüntüləri yayılıb - VİDEO

Moskvanın “Vnukovo” aeroportunda Fransanın “Total” neft şirkətinin prezidenti Kristof de Marjerinin təyyarəsinin qəzaya uğramasının yeni görüntüləri yayılıb.

ANS PRESS-in məlumatına görə, “Falkon” tipli təyyarənin uçuş zolağında qartəmizləyən maşınla toqquşması anbaan yeni yayılan görüntülərdə əksini tapıb.

Qeyd edək ki, "Total" prezidentinin həlak olduğu qəza ilə bağlı müxtəlif fikirlər var. Bir çoxları bunun adi bir qəza olduğunu bildirir. Bunun əksini iddia edənlər isə Qərbin Rusiyaya tətbiq etdiq sanksiyalar fonunda Putin haklimiyyəti ilə dost münasibətdə olan Kristof de Marjerinin ölümünü təsadüf saymır. Və bunu sui-qəsd kimi qiymətləndirirlər.

Rusiya prezidenti Vladimir Putin “Total” neft şirkətinin sabiq başçısı Kristof de Marjerini ölümündən sonra “Şərəf” ordeni ilə təltif etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol