Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bugün Şərur rayonunda sakinlərlə görüş keçirəcək.
“AzPolitika.info”-ya daxil olan məlumatda bildirilir ki, günortadan sonra baş tutacaq görüşdə yerli sakinlərin problemləri dinləniləcək.
Xatırladaq ki, Fuad Nəcəfli ötən gün Culfa rayonunda olub, yerli sakinlərin problemlərini dinləyib. Səlahiyyətli nümayəndə problemlərin qısa müddətdə aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacağını vurğulayıb.
“AzPolitika.info”


Şərhlər