Bu gün, yanvarın 6-da Rusiyanın “Qazprom” şirkəti tərəfindən Rusiya-Ukrayna sərhədindəki Sudja qazölçmə stansiyası (GIS) vasitəsilə Avropa İttifaqı (Aİ)ölkələrinə qaz nəqli 35,5 milyon kubmetr təşkil edəcək. “Kommersant” qəzetinin yazdığına görə, bu, bir həftədən az müddətdə ixrac göstəricisinin təxminən 7,8 milyon kubmetr azaldığını göstərir.
“Qazprom”unmətbuatkatibiSergeyKupriyanovjurnalistlərə bildiribki, bir gün əvvəl nasosdan ötürlən qazın həcmi 37,6 milyon kubmetr olub:“4 yanvarda 37,8 milyon kubmetr, 3-də 42,2 milyon, 2-də 42,4,yanvarın 1-də isə 43,3 milyon kubmetr göstəriciyə malik olub.
Qeyd edək ki, tədarük həcminin azalması qazın qiymətinin düşməsi fonunda baş verir. Dünən, yanvarın 5-də qazın qiyməti min kubmetr üçün 700 dollardan aşağı düşüb. Avropada qaz sonuncu dəfə 2021-ci ilin sentyabrında bu qədər ucuz olub.
“AzPolitika.info”


Şərhlər