Menu

Əli İnsanovun qızıl külçələri müsadirə edilib? – Partiya açıqlama yaydı

07.01.2023, 12:42
Əli İnsanovun qızıl külçələri müsadirə edilib? – Partiya açıqlama yaydı

Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ildə həbs edilərkən müsadirə edilmiş mülklərinin və 40 kq həcmində qızıl külçələrinin ona qaytarılacağı ilə bağlı məlumatlara münasibət bildirib.

Partiyanın “Feysbuk” səhifəsində yerləşdirilmiş açıqlamada məlumatlar qarayaxma adlandırılıb: “Sabiq səhiyyə naziri Əli İnsanovun Xızı rayonunda Qızılqazma deyilən yerdə vaxtilə sahəsi 42 kvadrat metr olan taxta evciyi olub. O vaxtlar belə evciklər hazır vəziyyətdə qurulub satılırdı. Həmin evciyin əlavə torpaq sahəsi olmayıb. Maraqlananlar gedib baxa bilərlər.

Əli İnsanov həbsdə olarkən məhkəmə iclaslarında bir neçə dəfə vəsatətlə çıxış edərək guya axtarış zamanı onun evindən götürülmüş qızıl külçələrin məhkəmə iclasına gətirilib nümayiş etdirilməsini xahiş edib. Əli İnsanovun bu vəsatətlərinə cavab olaraq məhkəmə sədri açıq iclasda bəyan edib ki, istintaq və məhkəmə sənədlərində qızıl külçələr barədə heç bir sənəd və məlumat olmadığına görə bu barədə vəsatət vermək lazımsızdır. Yalan və böhtan xarakterli yayılan məlumatın müəllifləri və sifarişçiləri Əli İnsanovun məhkəmə sənədlərini, çıxarışları tələb edə bilərlər”.

“AzPolitika.info”

Şərhlər

Veteran 2023-01-16 16:48:17

Bərəkallah əldəqayırma müxalifət "lideri".

dadaşyev 2023-01-08 13:28:18

O birilərinin millətdən çırpışdırdıqları mallarını-mülklərini qaytardılarsa bununkini də qaytarsınlar da.Belə haqq-ədalət olarmı?Yazıq deyilmi buna?Üstəlik özü də Haqq-Ədalət partiyası qurub.ş...

t.ədalət 2023-01-07 20:02:55

Əli İnsanovun 42 kq. deyil,bəlkə də 4 ton qızılı var.Ancaq,o,bu qızıldan müəyyən hissəsini verib,azadlıq alıb.İndi həmin qızıllar haqqında danışmaq gərəksiz bir şeydir.

Nadir 2023-01-07 12:51:20

Allah cenab prezidenti belelerinden qorusun

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol