Rusiya bir sıra xammal istehsalçılarından və dövlət şirkətlərindən daha çox pul qoparmağı və Ukraynadakı işğalın xərcləri artdıqca qeyri-müdafiə xərclərini azaltmağı planlaşdırır.
“AzPoliitka.info” xəbər verir ki, bu barədə ABŞ-ın “Bloomberg” nəşrində yayımlanan məqalədə bildirilir.
Nəşr yazır ki, Rusiyada qeyr-müharibə xərclərinin azaldılması planlaşdırılır. Qeyd olunur ki, Baş nazir Mixail Mişustinin hələ dekabr ayında Rusiya rəsmilərinə verdiyi göstərişə əsasən, dövlət şirkətlərindən dividendlər və kömür hasilatı şirkətləri və gübrə istehsalçılarından “birdəfəlik ödəmə” əhəmiyyətli dərəcədə artacaq. Bu vəsait Ukraynada genişmiqyaslı müharibə ilə bağlı xərclərin ödənilməsinə yönəldiləcək. Sənəddə bildirilir ki, Xersondan Rusiyaya 100 min nəfərin köçürülməsi üçün əlavə 175 milyard rubl (2,5 milyard dollar) ayrılmalıdır.
Rusiya lideri Vladimir Putin isə müharibə xərclərinin azaldılmayacağını bəyan edib.
Qeyd edək ki, hələ ötən ilin may ayında Rusiyanın müharibənin hər günü üçün 900 milyon dollar xərclədiyi açıqlanmışdı. Bu pullar hərbçilərin saxlanmasına və yerdəyişmələrinə, aylıq müavinətlərinə, döyüş sursatları və raketlərlə təminatına, texnikaların təmirinə və s. xərclənir.
“AzPolitika.info”


Şərhlər