Menu

15 yaşlı qız dəm qazından boğulub

09.01.2023, 09:10
15 yaşlı qız dəm qazından boğulub

Cəlilabadda 15 yaşlı qız dəm qazından boğulub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin V.Mürsəlov küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Şəhər sakini, 2008-ci il təvəllüdlü N.Məmmədova dəm qazından zəhərlənib. O, xəstəxanaya çatdırılsa da, artıq öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol