Menu

İranda etirazlarda 3 polisi öldürən şəxslər haqqında edam hökmü çıxarılıb

09.01.2023, 11:28
İranda etirazlarda 3 polisi öldürən şəxslər haqqında edam hökmü çıxarılıb

İranda İnqilab Məhkəməsi etirazlar zamanı İsfahan şəhərində 3 təhlükəsizlik əməkdaşının ölümünə səbəb olan şəxslər haqqında hökm çıxarıb.

APA-nın Tehran bürosunun məlumatına görə, ötən ilin noyabr ayında bir qrup şəxs odlu silahla Xane-İsfahan bölgəsində insanlara hücum edərək 3 polisi öldürüb və çox sayda insan yaralayan 6 nəfər haqqımda hökm elan edilib.

İran Məhkəmə Sisteminin verdiyi açıqlamaya görə, həbs olunan şəxslərdən 3 nəfər haqqında məhkəmə edam hökmü çıxarıb. Edama məhkum olmuş şəxslər Saleh Mirhaşimi, Məcid Kazimi və Səid Yəqubidir.

Məhkəmə digər 3 nəfər haqqında həbs qərarı çıxarıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol