Menu

Novruz çərşənbələrinin tarixləri məlum olub

09.01.2023, 14:28
Novruz çərşənbələrinin tarixləri məlum olub

Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin tarixləri məlum olub.

Bu ilin ilk çərşənbəsi fevralın 21-i, axırıncı çərşənbə isə martın 14-nə təsadüf edəcək.

Belə ki, fevralın 21-də ilk - Su çərşənbəsi, fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın 14-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

Qeyd edək ki, Novruz bayramı axşamı martın 20-dir.

Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.

Şərhlər

Veteran 2023-01-11 22:18:05

Axırıncı çərşənbə 21 mart tarixində BAHAR bayramı ilə üst-üstə düşür.İnanclarımıza görə belə hallarda İlimiz uğurlu il sayılır.İnşallah! bu 2023 -cü ilimizdə belədə olar.Bəsdirin farsların və paşazadənin təqvimi ilə XALQIN başını aldatdığınız.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol