Menu

Partiya sədri üzvlərinə verdiyi tapşırığı yanlışlıqla sosial şəbəkədə paylaşdı - FOTO

09.01.2023, 17:16
Partiya sədri üzvlərinə verdiyi tapşırığı yanlışlıqla sosial şəbəkədə paylaşdı - FOTO

AXCP Sədri Əli Kərimli partiya üzvlərinə verdiyi tapşırığı səhvən özünün “Facebook” hesabından paylaşıb.

“AzPolitika.info” xəbər verir ki, bir neçə dəqiqə sonra silinən paylaşımda Ə. Kərimli həbsdə olan Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublunun aclıq aksiyasını dayandırması üçün partiya üzvlərinə öz tapşırıqlarını verir.

Həmin paylaşımı olduğu kimi təqdim edirik: “Mən Maya xanımın yanına ona görə getmədim ki, cəbhəçilərin aclığı başlasın və mən də gedib ondan xahiş edim ki, aclığı dayandırsın. Yəni, mənim gedib deməyə sözüm olmalıdır. Aclığı başlamağı sürətləndirin. İndidən istilik peçi qurun. Hesabı özümüz ödəyəcəyik. Qorxmasınlar. Təcili hamı pasdelini hazırlasın. 5-də, 6-daaclıq başlansın artıq. Mən bu gün 5-də “Toplum TV”-də olacam. Oradan çıxıb, gedəcəm Tofiq bəygilə. Təqribən 18:30-19:00 arası Tofiq bəygildə olacam. Saqif bəygil də o saatlarda getsinlər Tofiq bəygilə. Mən orada tək olmayım. Səadət xanımı və başqa getmək istəyənləri də götürsünlər. Yəni, mən gələnə orada 5-6 nəfər RH üzvü olsun. Təzəxan bəy də olsun. Çalışarıq ki, Maya xanıma aclığı bu gün dayandıraq”.

“AzPolitika.info”


Şərhlər

Millət 2023-01-10 02:24:26

Hahahaha, pasdelini, peçi. Bu da Azərbaycan dilini, mədəniyyətini ucaldan cəbhəçi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol