Menu

Ukraynada 4 132 nəfər həlak olub - BMT

15.11.2014, 09:53
Ukraynada 4 132 nəfər həlak olub - BMT

Aprelin ortalarından Ukraynada hərbi münaqişə nəticəsində 4 132 nəfər həlak olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi üzrə İdarəsinin (UN-OCHA) hesabatında bildirilir.

“Noyabrın 11-nə olan məlumata əsasən, Malayziya təyyarəsinin həlak olmuş 298 sərnişini də daxil olmaqla, Ukraynada münaqişə dövründə 4 132 nəfər həyatını itirib, 9 747 nəfər yaralanıb”, sənəddə deyilir. Növbəti hesabat noyabrın 28-də təqdim olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol