Menu

“Rusiya ilə İttifaq dövləti yaratmaq barədə rəsmi təklif olmayıb...” – Paşinyan

10.01.2023, 13:53
“Rusiya ilə İttifaq dövləti yaratmaq barədə rəsmi təklif olmayıb...” – Paşinyan

“Rusiya ilə İttifaq dövləti yaratmaq barədə rəsmi təklif olmayıb və ola da bilməz”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, reallıq göründüyü qədər sadə deyil.

“Bəzən sualın məzmununa deyil, kontekstinə və qlobal proseslərə dərindən baxmaq lazımdır. Bizim üçün Ermənistanın suverenliyi, müstəqilliyi mütləq dəyərdir” – deyə, Rusiyanın forpostu olduqlarını bir anlıq unudan Paşinyan vurğulayıb.

Ermənistana Rusiyada qeyri-rəsmi kanallar vasitəsilə təzyiq edildiyinə dair Təhlükəsizlik Şurasının katibinin fikirlərini təsdiqləməyə cəsarəti çatmayıb.

Bildirib ki, bu, “qeyri-rəsmi kanal” ifadəsi başqa mənaları ifadə edə bilər.

“Məsələn, ekspertlərin daimi söhbətlərini qeyri-rəsmi kanallar, eləcə də əlaqələr hesab etmək olar. Güman edirəm ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi də təzyiqdən danışarkən bunu nəzərə alıb”, - deyə Baş nazir yenə nala-mıxa vurub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol