“Sərhəd buraxılış məntəqəsi, gömrük, fitosanitar postları və s. qoymaq şərti ilə ermənilər üçün Kəlbəcər-Basarkeçər yolunu açsaq, bununla Laçın yolunu bağlı saxlayan Rusiyanın oyununu pozmuş olarıq...”
“AzPolitika.info” xəbər verir ki, bunu keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarov “Moderator.az”-a açıqlamasında deyib.
“Ermənilər deyir ki, Laçın yolunu azərbaycanlılar bağlayıb. Əslində həmin yolu biz yox, “sülhməramlı”lar bağlayıb. Ağıllarını başlarına yığıb gəlsinlər, onlara Kəlbəcərdən Basarkeçərə gedən yolu açırıq. Amma müəyyən şərtlərlə... Yəni hesab edirəm ki, Rusiya “sülhməramlı”ları Xankəndi-Laçın-Ermənistan sərhədi marşrutunu bağlı saxlasa da, biz Azərbaycan olaraq Qarabağdakı ermənilər üçün Ağdərə-Kəlbəcər-Ermənistan sərhədi (Basarkeçər) marşrutunu sərhəd buraxılış məntəqəsi, gömrük, fitosanitar postları, konvoyların xüsusi müşayiəti və s. təşkil etmək şərti ilə aça bilərik”.
“Bəs Ağdərə-Kəlbəcər-Basarkeçər yolunun açılması hazırda Laçın-Şuşa-Xankəndi yolundakı aksiyanın effektivliyini azaltmaz ki?” sualını isə sabiq baş diplomat belə cavablandırıb:
“Zənnimcə, qeyd etdiyim marşrutun açılması Laçın yolundakı aksiyanın effektivliyinə təsir göstərməyəcək. İkincisi də biz bununla Laçın yolunu bağlı saxlayan Rusiyanın oyununu pozmuş olacağıq...”
“AzPolitika.info”


Şərhlər
Ağıllı təklifdir.Rusiya dəliyə dönəcək.Çünki Laçın dəhlizi Rusiyanın növbəti işğalçılıq planıdır.