Menu

Almaniyanın Xarici işlər naziri Ukraynaya gözlənilmədən səfər edib

10.01.2023, 22:17
Almaniyanın Xarici işlər naziri Ukraynaya gözlənilmədən səfər edib

Almaniyanın Xarici işlər naziri Annalena Berbok Ukraynaya səfər edib.

APA xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı Dmitri Kuleba "Twitter"də bildirib.

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynanın cəbhə xəttinə yaxın olan Xarkov şəhərinə səfər edərək, müharibədən zərər çəkmiş ərazini öz gözləri ilə görən ilk alman rəsmisidir.

Onu bu səfərində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Ukraynanın Almaniyadakı səfiri Oleksi Makeyev müşayiət edib.

Berbok, müharibə dövründə ölkəyə üçüncü səfərini həmrəyliyin nümayişi kimi təqdim edib. O, Ukraynaya daha çox humanitar yardım, o cümlədən generator, yanacaq, yataq ləvazimatı və "daha çox silah tədarükü" vəd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol