Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.
Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndi rəhbər tutularaq Hicran Yaqub oğlu Rüstəmov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad olunub.
Qeyd edək ki, ötən ilin dekabr ayında Hicran Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaqı davam edən cinayət işi üzrə Hicran Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan “xüsusilə külli miqdar” təşkil edən ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.
Qeyd edək ki, həmin iş üzrə daha əvvəl Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin müxtəlif rəhbər vəzifəli şəxsləri və NMR Maliyyə naziri məsuliyyətə cəlb edilərək həbs edilib.


Şərhlər
Lazım gələrsə digər nazirliklərin də belə Naxçıvan ərazi idarələri yaradıla bilər? Zəngəzur nə zaman Azərbaycanla Naxçıvan ərazisinə qovuşacaq? Müzəffər Prezident İ.H.Əliyev əla yol çəkdirib, heç bir mühakimə-mükaliməsiz etnik soyqırım SEPATİZM mərkəzini deport və ihərbi işğal cinayətkarı Ermənistanla birləşdirib! lbəttə ki, Laçın sərhəd giriş-çıxış nəzarəti müsəqil-müstəsna konstitusion hüquq kimi tətbiq edilməlidir!