Azərbaycanda 182 prokurorluq orqanlarının işçisinə qarşı intizam tədbirləri tətbiq edilib.
Bunu baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində deyib.
K.Əliyevin sözlərinə görə, onlardan 44-ü Baş Prokurorluğun, 8-i Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, 58-i Hərbi Prokurorluğun, 3-ü Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun, 69-u isə rayon və şəhər prokurorluğunda çalışır.
Baş prokuror onu da qeyd edib ki, indiyədək 796 prokurorluq orqanlarının işçisi həvəsləndirmə tədbirlərinə, 37-i isə dövlət təltifinə layiq görülüb.


Şərhlər
HÖRMƏTLİ AZPOLİTİKA, MÜMKÜNSƏ İNTİZAM TƏDBİRİ VƏ ONUN HANSI HALLARDA TƏTBİQ EDİLDİYİ HAQDA ARAŞDIRMA APARIB BİZ OXUCULARI DA MAARİFLƏNDİRİN. VƏ ƏGƏR HAKİM SƏHV OLARAQ BİRİNİ 15 İL AZADLIQDAN MƏHRUM QOYUBSA O NECƏ CƏZALANDIRILIR? İNTİZAMA DƏVƏT ETMƏKLƏIMİ?