Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstandakı “Taliban” rəhbərliyinin davranışlarına sərt reaksiya verib.
“Biz qızların məktəblərdə təhsil almasına mane olmaq anlayışını qeyri-islami görürük... Bizim dinimizdə belə bir şey yoxdur”, -deyə Ərdoğan bildirib.
Xatırladaq ki, “Taliban” Keçid Hökumətinin Ali Təhsil Nazirliyi dekabrın 20-də Əfqanıstandakı bütün dövlət və özəl universitetlərə göndərdiyi təlimatla qadın tələbələrin təhsilinin növbəti xəbərdarlıqa qədər dayandırıldığını açıqlayıb.
Dekabrın 24-də “Taliban” qeyri-hökumət təşkilatlarının (QHT-lərin) qadın işçiləri işə götürməsini növbəti xəbərdarlıqa qədər dayandırıb.
“Taliban” müvəqqəti hökumətinin İqtisadiyyat Nazirliyinin sözçüsü Əbdürrəhman Həbib bildirib ki, nazirlik sözügedən qərarı ölkədəki bütün QHT-lərə göndərib və bu qərara əməl olunmalıdır.
Qeyd olunub ki, qadın kadrların işə xitam verməyən QHT-lərin lisenziyası ləğv ediləcək.


Şərhlər
Nə istəyirsiniz İslam dinindən ? Sizlər ki demokratiyanı özünüzə rəhbər seçdiniz,Allahın qanunlarından sizə nə ? Get Atatürkün qoyduğu qanunlarla yaşa da, hamısı alim kəsildi başımıza," İslamda bu olar,bu olmaz". And ola Allaha saysam bitməz İslama zidd olan davranışlarınız.