Menu

Rusiya və İran prezidentləri arasında telefon danışığı baş tutub

11.01.2023, 19:40
Rusiya və İran prezidentləri arasında telefon danışığı baş tutub

Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

"Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı enerji, nəqliyyat və logistika sektorlarında qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi müzakirə edilib.

Putin və Rəisi Suriya nizamlanmasında əsas rol oynayan Astana prosesi çərçivəsində koordinasiyanı müsbət qiymətləndiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol