Menu

Alimpaşa Məmmədovun işini araşdıracaq yeni hakim məlum olub

12.01.2023, 12:22
Alimpaşa Məmmədovun işini araşdıracaq yeni hakim məlum olub

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işinə sədrlik edəcək yeni hakim məlum olub. APA-nın xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılan iş hakim Elmin Rüstəmovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Alimpaşa Məmmədovun cinayət işi hakim Nural Əliyevin icraatına verilmişdi. Onun sədrliyi ilə 5 iclas keçirilib. Bir müddət əvvəl isə Nural Əliyev Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol