Menu

Moskva Bakı ilə İrəvan arasındakı son gərginlikdən narahat olduğunu bildirib

12.01.2023, 13:47
Moskva Bakı ilə İrəvan arasındakı son gərginlikdən narahat olduğunu bildirib

Bakı ilə İrəvan arasındakı münasibətlərdə son həftələrdə qeydə alınan gərginlik bizi sözsüz ki, narahat edir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Qarşılıqlı ittiham ritorikasının fəallaşması regionda gərginliyin artması ilə müşahidə olunur. Azərbaycan və Ermənistanı xoşməramlı iradə nümayiş etdirməyə və kompromisləri birgə axtarmağa çağırırıq. Biz buna hərtərəfli köməyi göstərəcəyik”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol