Menu

Fransız pişiyi pələng deyil

15.11.2014, 12:01
Fransız pişiyi pələng deyil

Fransa rəsmilərinin məlumatına görə, Paris yaxınlığında görünən sirli heyvan böyük ehtimalla pələng deyil.

Bölgə polisləri və əsgərlər bu gizli heyvanın axtarışı ilə məşğuldurlar, ərazidəki məktəblərin girişləri də polislər tərəfindən təhlükəsizlik tədbirləri məqsədi ilə qorunur. Lakin bütün bunlara baxmayaraq, Montevreyn şəhərinin sakinləri gizli heyvan tapılana kimi evdə qalmağı üstün tuturlar. Bu haqda “Radio France İnternationale” yazır.

Fransız rəsmilərinin noyabrın 14-də verdikləri açıqlamalarda bildirilir ki, marketlərdən birinin maşın dayanacağında görünən bu heyvan pələng deyil, əksinə böyük pişikdir.

“Milli Ovçuluq Mərkəzi və Felins Parkının birgə araşdırması nəticəsində biz bu heyvanın hər hansı pələng növünə məxsusluq ehtimalının sıfır olmasını aşkarladıq. Bu, sadəcə ovlana biləcək böyük pişikdir”, - deyə rəsmilər qeyd edib.

Heyvanın axtarışına əsgərlər də cəlb edilib. Lakin hələ ki, səylər heç bir nəticə verməyib. Xüsusi heyvan axtarışı üçün hazırlanan itlərdən də istifadə olunmağa başlanılıb. Polisin sözlərinə görə, ilkin olaraq heyvanı anasteziya yolu ilə ovlamağa çalışacaqlar, lakin təhlükə yaranarsa, onun öldürülmə ehtimalı da mümkündür. Bütün dünyanın marağına səbəb olan bu heyvanın mənbəyi naməlumdur.

Qeyd edək ki, Montevreyn Paris Disneylendinin yanında yerləşir, lakin oradakı sirklərdə və attraksionlarda heç bir pələng növündən istifadə olunmur.

Felins Parkı da öz növbəsində böyük pişik növündən olan pişiklərin heç birinin itmədiyi bildirib. /eunews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol