Menu

Azərbaycanda uşağın anadan olmasına görə sosial müavinətin məbləği artırılıb

13.01.2023, 10:49
Azərbaycanda uşağın anadan olmasına görə sosial müavinətin məbləği artırılıb

Azərbaycanda uşağın anadan olmasına görə sosial müavinətin məbləği 500 (beş yüz) manat müəyyən edilib.

Bu, Prezident İlham Əliyevin Sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanında əksini tapıb.

Qeyd edək ki, uşağın anadan olmasına görə sosial müavinətin məbləği 300 manat idi.

Şərhlər

Tariyel 2023-01-13 12:19:36

İnşAllah Cenab Prezident uşaq pulu ile bagli bir ferman imzalayar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol