Menu

"SEPAH-ın terrorçular siyahısına daxil edilməsi üçün səylər artırılmalıdır" - Rza Pəhləvi

13.01.2023, 12:37
"SEPAH-ın terrorçular siyahısına daxil edilməsi üçün səylər artırılmalıdır" - Rza Pəhləvi

“Beynəlxalq ictimaiyyət İran İnqilab Keşikçiləri Qvardiyasının terrorçu təşkilatlar siyahısına daxil edilməsi üçün səylərini artırmalıdır”.

“Report” xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi Almaniyanın “Deutsche Welle” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, əvvəllər SEPAH İran rejiminin mövcudluğunu təmin etmək üçün mexanizm idi: “İndi isə inqilabın yayılması, rejimin qorunması üçün alətə çevrilib”.

Rza Pəhləvi beynəlxalq ictimaiyyətdən Tehrandakı hakimiyyətə təzyiqləri artıraraq İran xalqına daha çox dəstək verməsini istəyib. O, ölkədə keçirilən etiraz aksiyaları iştirakçılarına verilən ölüm hökmlərini pisləyib: “Beynəlxalq ictimaiyyət rejimə təzyiq göstərməklə yanaşı, İran xalqını da dəstəkləməlidir. Ancaq bu istiqamətdə heç bir iş görülməyib”.

O deyib ki, İran xalqı bu rejimə son qoymaq istəyir: “Belə yüksək repressiv hakimiyyətə qarşı mübarizə aparmaq üçün beynəlxalq ictimaiyyətin köməyinə ehtiyacı var. Bu səbəbdən beynəlxalq ictimaiyyətin İranın dünyəvi və demokratik müxalifəti ilə dialoq aparması vacibdir".

R.Pəhləvi İran xalqının azad və ədalətli seçkilər keçirərək öz müqəddəratını təyin etmək hüququnun olduğunu da vurğulayıb: “Rejim devrilsə, texnokratlar, təşkilat məmurları, menecerlər, hüquqşünaslar, elm adamları, jurnalistlər və çoxlu sayda insan keçid hakimiyyətdə boşluğu doldura biləcək”.

O, İrandakı hakimiyyətin yaşamasını SEPAH-ın təmin etməsi, onun rejimin qalmasında oynadığı roldan danışaraq bu silahlı qruplaşmaya sanksiyanın tətbiqinin vacib olduğunu söyləyib.

Xatırladaq ki, ABŞ SEPAH-ı terrorçu təşkilatlar siyahısına daxil edib. Böyük Britaniyanın da bu məsələyə baxacağı gözlənilir. Avropa İttifaqından da məsələ ilə bağlı açıqlamalar verilir.

Şərhlər

Eli 2023-01-13 13:00:16

Bunun babası Rza Pehlevi azerbaycanlıların-türklerin düşmeni olub,alçağın qançenin biri olub.Atası Mehemmed Rza Pehlevi ise 1945- ci ilde qurulan Milli Azerbaycan Dövletini 1946- ci ilde bağladığı müqavileni tspdalayaraq qan içinde boğub 10 minlerle azerbaycanlının qetline ferman verib.İndi bu veliehd ise onlardan da alçaq olacaq veCenubi Azerbaycan mütleq müsteqil dövlet olması uğrunda vuruşmaludır vessakam Alçağın oğlu melek ola bilmez.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol