Menu

"Qarabağın müstəqilliyini tanımırıq” - Fransa parlamentinin sədri

13.01.2023, 15:34
"Qarabağın müstəqilliyini tanımırıq” - Fransa parlamentinin sədri

“Tabe olduğumuz beynəlxalq hüquqa uyğun olaraq Fransa Qarabağın müstəqilliyini tanımır”.

“Report” “Armenpress”ə istinadən xəbər verir ki, bunu Fransa Milli Məclisinin sədri Yael Braun-Pive İrəvanda ermənistanlı həmkarı Alen Simonyanla keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, Yael Braun-Pive Ermənistanda səfərdədir. O, Ermənistan parlamentinin sədri Alen Simonyanla regional məsələləri də müzakirə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol