Menu

“Putin öz varisini hakimiyyətə gətirəcək və təqaüdə yollanacaq” – Kimi varis seçəcək?

13.01.2023, 20:30
“Putin öz varisini hakimiyyətə gətirəcək və təqaüdə yollanacaq” – Kimi varis seçəcək?

“Putin Muəmmər Qəddafi kimi devrilərək, alçaldıcı tale yaşamaqdansa, hakimiyyəti öz varisinə verərək, Qara dəniz sahilində yerləşən və 1 milyard funt-sterlinq dəyəri olan sarayında həyatını davam etdirəcək”.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Putinin keçmiş referentlərindən Abbas Qalyamov Ukrayna mətbuatına açıqlamasında deyib.

Qalyamov bildirib ki, Putin seçkiləri saxtalaşdırmağa çalışsa da, bu müsbət nəticə verməyəcək: “O, çox güman ki, Moskva meri Sergey Sobyanı, Baş nazir Mixail Mişustini və ya Aparat rəhbərinin müavini Dmitri Kozakı prezidentliyə namizəd göstərəcək. Hər halda Qəddafi ilə müqayisədə bu, Putin üçün yaxşı seçimdir”.

“Putin şəxsi təhlükəsizliyinə zəmanət alacaq. Öz varisini hakimiyyətə gətirəcək və təqaüdə yollanacaq. O, ömrünün qalan günlərini Gelencikdəki sarayında sakit başa vurmaq imkanı əldə edəcək”, - Qalyamov bildirib.

“AzPolitika.info”

Şərhlər

Eli 2023-01-13 22:00:09

Putin gerizekalı bir “İnad keçisidir” , o axıradek vuruşacaq ya sınacaq,ta da sındıracaq o dayanmayacaq. ve heç bir. varis de seçmeyecek ,çox güman ki birinci olacaq ve öz yaxın etrafı terefinden aradan götürülecekdir.

ƏNHU 2023-01-13 21:34:01

Necə, sarayında sakit həyat sürəcək? Bəs onun piyli cəmdəyindən sabun bişirib camaata paylamayacaqlar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol