Menu

"Qalatasaray" 3 xalı darmadağınla qazanıb

14.01.2023, 00:40

"Qalatasaray" Türkiyə Super Liqasında növbəti qələbəsini qazanıb. "Report"un məlumatına görə, İstanbul təmsilçisi XVIII turda evdə "Hatayspor"u darmadağın edib - 4:0.

Hesabı 9-cu dəqiqədə Kerem Aktürkoğlu açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 4-cü və 6-cı dəqiqələrində fərqlənən Xuan Mata fərqi 3 topa çatdırıb. Son nöqtəni isə 77-ci dəqiqədə Bafetimbi Qomis qoyub.

Bu qələbədən sonra xallarını 42-yə çatdıran "Qalatasaray" liderliyini möhkəmləndirib. 17 xalı olan "Hatayspor" isə 16-cı pillədə qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol