Menu

Paytaxtda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib

14.01.2023, 00:49
Paytaxtda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib

Bakı şəhərində yaşayış binasında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 9 ədəd sayğac, 9 ədəd qoruyucu açar və 1 p.m kabel yanıb.

“Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - deyə məlumatda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol