Menu

Naxçıvan Ali Məclisinin işdən çıxarılan şöbə və sektor müdirlərinə yeni vəzifə verilib

14.01.2023, 11:06
Naxçıvan Ali Məclisinin işdən çıxarılan şöbə və sektor müdirlərinə yeni vəzifə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işdən çıxarılan şöbə və sektor müdirlərinə yeni vəzifə verilib.

“Report”un məlumatına görə, Ali Məclis Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin sabiq müdiri Emin Məmmədov muxtar respublikanın Təhsil Nazirliyində məsləhətçi vəzifəsinə təyin edilib.

Qurumun Qəbul sektorunun keçmiş müdiri Rəşad Əhmədov isə bundan sonra fəaliyyətini Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində davam etdirəcək. Ona nazirlikdə məsləhətçi vəzifəsi həvalə olunub.

Qeyd edək ki, ötən gün Naxçıvan MR Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov və Ali Məclisin Qəbul sektorunun müdiri Rəşad Əhmədov işdən azad olunub.

Şərhlər

ƏNHU 2023-01-14 23:41:51

Çox səhv addımdır. Nazirlik işçisi elə mütləq nazirlikdə işləməlidir? Onları dərhal işlə təmin etmək ədalkətsizlikdir və adamda şübhə doğurur.Ölkədə milyonlarla işsiz var. Yaranmış vakantları haqq edən yüzlərlə mütəxəssis var. Talıbovun üzünə gülümsəyən, onun şıltaqlıqlarına dözən və qanunlarına əl çalan adamlar heç bir halda dəyişə bilməz. Onlardan millətə xeyir gəlməyəcəkdir. Bu olduqca pis haldır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol